19 may 2026-cı il tarixində FAB Şirkətlər Qrupunun istehsal müəssisəsində tanınmış filosof, fəlsəfə elmləri namizədi, dosent Müşfiq Ötgün ilə maarifləndirici və səmimi görüş təşkil olunub. “İş, karyera və ailədə əxlaq” mövzusuna həsr olunan görüşdə əməkdaşlarla müasir dövrdə peşəkar həyat və şəxsi həyat arasında balansın qorunması, iş mühitində etik davranış prinsipləri, eləcə də ailə dəyərlərinin insanın inkişafı, cəmiyyətə təsiri barədə geniş və dərin fikir mübadiləsi aparılıb. Dosent Müşfiq Ötgün çıxışı zamanı həyat təcrübələrinə və fəlsəfi yanaşmalarına əsaslanaraq mənəvi dəyərlərin insan həyatında formalaşdırıcı rolundan bəhs edib. Sonda FAB Şirkətlər Qrupu adından dosent Müşfiq Ötgünə görüşdə iştirakına və dəyərli töhfələrinə görə təşəkkür əlaməti olaraq plaket təqdim olunub.