FAB Futbol Çempionatı 2026 yalnız idman yarışı deyil, həm də birlik, motivasiya və korporativ ruhun təntənəsinə çevrildi.
Final oyunu və mükafatlandırma mərasimindən sonra gecə musiqili proqramla davam etdi. Azərbaycanın sevilən sənətçiləri Elnarə Xəlilova və Mətanət İskəndərli səhnəyə çıxaraq iştirakçılara unudulmaz anlar yaşatdılar.

Səmimi atmosfer, qalibiyyət sevinci və bir komanda olmağın verdiyi güc tədbirin hər anında hiss olundu. FAB Futbol Çempionatı 2026 əməkdaşlar arasında həmrəyliyin, sağlam rəqabətin və şirkət dəyərlərinin ən gözəl nümunələrindən biri kimi yadda qaldı.