13.05.2026-cı il tarixində Bakı Modern Təhsil Kompleksinin növbəti qrup 7-ci sinif şagirdi üçün FAB Şirkətlər Qrupunda ekskursiya təşkil olundu.
Şagirdlər şirkətimizin istehsal sahələrini gəzdilər.Məhsulların hazırlanma prosesini izlədilər.Onlara FAB Akademiyasının keyfiyyətə nəzarət laboratoriyalarında aparılan sınaq və təcrübələr haqqında məlumatlar verildi. Məktəblilər FAB Akademiyasının nəzdindəki boya emalatxanasında rəng təcrübəsi etdilər.
Sonda ekskursiya iştirakçılarına şirkətimiz adından simvolik hədiyyələr təqdim edildi. Xatirə şəkli çəkdirildi.