10 may 2026-cı il tarixində FAB Şirkətlər Qrupunun təsisçilərindən Anar Əliyevin rəhbərliyi ilə bir qrup əməkdaş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə tər güllər qoyulub.
Ziyarət çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, xatirəsi hörmətlə anılıb və qəbirüstü abidəsi önünə tər güllər düzülüb.