05 may 2026-cı il tarixində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Nərgizxanım Biləndərli və Korporativ Biznes Departamentinin direktor müavini Taleh Abbasov FAB Şirkətlər Qrupunda olublar. Onları şirkətimizin təsisçisi Anar Əliyev, Biznes Sistemləri və Logistika üzrə rəhbər Səfər Əliyev qarşılayıblar.
Qonaqlara FAB Şirkətlər Qrupunun fəaliyyəti, istehsal müəssisələrinin imkanları və həyata keçirilən layihələr barədə məlumat verilib. Nümayəndə heyəti istehsal sahələri ilə yaxından tanış olub, istehsal proseslərini və tətbiq edilən texnoloji yanaşmaları yerində izləyib.
Görüş zamanı qeyd olunub ki, FAB Şirkətlər Qrupu ölkədə sənaye potensialının gücləndirilməsi, yerli istehsalın inkişafı və yüksək keyfiyyətli məhsul istehsalının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.