20 ildən artıq fəaliyyəti ilə şirkətimizin inkişafına mühüm töhfələr vermiş əməkdaşımız Nazim Paşayev təntənəli şəkildə təqaüdə yola salındı. Tədbirdə FAB Şirkətlər Qrupunun təsisçilərindən olan Şaiq Əliyev və digər rəhbər şəxslər iştirak etdilər. Çıxışlar zamanı vurğulandı ki, Nazim Paşayev uzun illər ərzində yalnız peşəkar fəaliyyəti ilə deyil, eyni zamanda FAB ailəsinin formalaşmasında, korporativ dəyərlərin qorunmasında və bu dəyərlərin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayıb.
FAB Şirkətlər Qrupu üçün əməkdaş sadəcə işçi deyil, etibar edilən və dəyər verilən uzunmüddətli yol yoldaşıdır. Şirkətimizin davamlı uğurunun əsasında məhz bu qarşılıqlı hörmət, etimad dayanır.
Nazim Paşayevə sədaqəti, əməyi üçün təşəkkür edir, yeni həyat mərhələsində ona möhkəm cansağlığı və xoş günlər arzulayırıq.