28.04.2026 -cı il tarixində Azərbaycan Dövlət Neft və Sənayesi Universitetinin nəzdində fəaliyyət göstərən Neft Mühəndisləri Cəmiyyətinin ((SPE - Society of Petroleum Engineers) bir qrup tələbəsi üçün FAB Şirkətlər Qrupunun istehsal müəssisələrinə ekskursiya təşkil edildi. Ekskursiya çərçivəsində tələbələr istehsal proseslərimiz, tətbiq olunan müasir texnologiyalar və FAB Akademiyasının keyfiyyətə nəzarət laboratoriyaları ilə yaxından tanış oldular.
Sonda ekskursiya iştirakçılarına şirkətimiz adından simvolik hədiyyələr təqdim edildi. Xatirə şəkli çəkdirildi. Ekskursiya çay süfrəsi arxasında xoş əhvali-ruhiyyədə başa çatdı.