Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir yüksək ruh yüksəkliyi və birlik ab-havası ilə yadda qalıb.
Çempionatın ilk oyun günündə yaşıl meydanda “Anbarlar” komandası “Gənclər birliyi” komandası ilə, “Veteranlar” komandası isə “Ofis” komandası ilə mübarizə aparıb. Oyunlar komanda ruhu, sağlam rəqabət və yüksək motivasiya şəraitində keçib.
FAB Futbol Çempionatı əməkdaşlar arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi və korporativ dəyərlərin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu çempionat yalnız idman yarışı deyil, eyni zamanda FAB ailəsinin birliyinin, enerjisinin və gücünün təcəssümüdür.
Bütün komandalara qarşıdakı oyunlarda uğurlar, əzm və parlaq qələbələr arzulayırıq!