Görüş çərçivəsində Müşfiq Ötgünə FAB Şirkətlər Qrupunun fəaliyyəti, istehsal müəssisələri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Qonaq şirkətin istehsal sahələri ilə yaxından tanış olub, görülən işləri maraqla izləyib.
Bildirilib ki, FAB Şirkətlər Qrupu ölkədə sənaye potensialının artırılması, yerli istehsalın inkişafı və keyfiyyətli məhsul istehsalının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Görüş qarşılıqlı fikir mübadiləsi və səmimi söhbət şəraitində baş tutub.