04.03.2026-cı il tarixində Hədəf liseyinin Xətai korpusunda təhsil alan bir qrup 10-cu sinif şagirdi üçün FAB Şirkətlər Qrupunda ekskursiya təşkil olundu. Şagirdlər şirkətimizin istehsal sahələrini gəzdilər. Məhsulların hazırlanma prosesini izlədilər.Onlara FAB Akademiyasının keyfiyyətə nəzarət laboratoriyalarında aparılan sınaqvə təcrübələr haqqında məlumatlar verildi. Məktəblilər FAB Akademiyasının nəzdindəki boya emalatxanasında rəng təcrübəsi etdilər.Sonda e
kskursiya iştirakçılarına şirkətimiz adından simvolik hədiyyələr təqdim edildi. Xatirə şəkli çəkdirildi. Ekskursiya çay süfrəsi arxasında xoş əhvali-ruhiyyədə başa çatdı.