BİRLİK RUHUNDA YENİ İL
calendar-icon

25.02.2026

BİRLİK RUHUNDA YENİ İL
  • BİRLİK RUHUNDA YENİ İL
22 dekabr 2025-ci il tarixində FAB Şirkətlər Qrupu 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Birlik ruhunda Yeni il” konsepti altında xüsusi korporativ tədbir təşkil etdi.
Tədbirin rəsmi hissəsində 2025-ci ilin yekunlarına həsr olunmuş video təqdimatlar nümayiş olundu. Vurğulandı ki, bu il FAB Şirkətlər Qrupu üçün uğurlu inkişaf mərhələsi oldu. Beynəlxalq sərgilərdə iştirak, dünya bazarına çıxış imkanlarının genişlənməsi və 14 yeni satış mərkəzinin istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Rəsmi hissədən sonra tədbirin bədii proqramı başladı. Bu ilki Yeni il gecəsi təkcə sevilən sənətçilərin rəngarəng ifaları ilə deyil, eyni zamanda FAB əməkdaşlarının yaradıcılıq dolu çıxışları ilə də fərqləndi. Müxtəlif departamentlərin əməkdaşları musiqi, rəqs və digər istedadlarını nümayiş etdirərək tədbirə xüsusi ab-hava qatdılar.
Səmimiyyət,birlik ruhu ilə seçilən bu çıxışlar maraqla qarşılandı və simvolik mükafatlar, hədiyyələrlə dəyərləndirildi. “Birlik ruhunda Yeni il” tədbiri FAB Şirkətlər Qrupunun korporativ dəyərlərini, komanda ruhunu və ortaq uğura inamını bir daha nümayiş etdirərək yaddaqalan bir bayram gecəsi kimi tarixə düşdü.

Digər xəbər yazıları

other-news card img

⚽ FAB FUTBOL ÇEMPİONATI 2026-NIN RƏSMİ AÇILIŞI OLDU

25.04.2026

other-news card img

FİLOSOF MÜŞFİQ ÖTGÜN FAB ŞİRKƏTLƏR QRUPUNUN QONAĞI OLDU

25.04.2026

other-news card img

FAB ŞİRKƏTLƏR QRUPU AZTƏMİNATLI AİLƏLƏRƏ YARDIM EDİB

19.04.2026

other-news card img

BAKI MODERN TƏHSİL KOMPLEKSİNİN ŞAGİRDLƏRİ “FAB” DA

16.04.2026