Xətai rayonu 17 nömrəli tam orta məktəbin şagirdləri “FAB Boya”da
calendar-icon

30.10.2018

Xətai rayonu 17 nömrəli tam orta məktəbin şagirdləri “FAB Boya”da

30.10.2018- ci il tarixində Bakı şəhəri Xətai rayonu 17 nömrəli tam orta məktəbin valideyn komitəsinin sədri Dürdanə İsmayılova, ümumtəhsil müəssəsinin “Eko-təqdimatlar” layihəsinin rəhbəri, biologiya müəllimi Südabə Əfəndiyeva və bir qrup şagird “FAB Boya və Kimya Sənayesi” MMC-də oldular. Gəzinti zamanı qonaqlara şirkətimizin tabeliyindəki fabrik və zavodlar, istehsalat prosesi, keyfiyyətə nəzarət laboratoriyaları haqqında məlumatlar verildi. Suallar cavablandırıldı. Məktəblilər FAB Akademiyasının konfrans zalında sərgilənən rəsm əsərləri, həmçinin şirkətimizin maketi ilə tanış oldular. “FAB Boya” adından şagirdlərə simvolik hədiyyələr verildi. Qonaqlar da öz növbəsində 8-ci sinif şagirdi Nərmin İsmayılovanın taxtadan hazırladığı əl işini şirkətimizə bağışladılar. Görüş nahar süfrəsi arxasında,xoş əhval-ruhiyyədə başa çatdı.

Digər xəbər yazıları

other-news card img

FAB BOYALARI MƏKTƏBLİLƏRİN GÖZÜ İLƏ

07.05.2026

other-news card img

AZƏRBAYCAN BEYNƏLXALQ BANKININ NÜMAYƏNDƏLƏRİ FAB ŞİRKƏTLƏR QRUPUNDA

07.05.2026

other-news card img

NEFT MÜHƏNDİSLƏRİ CƏMİYYƏTİNİN TƏLƏBƏLƏRİ “FAB”DA

28.04.2026

other-news card img

⚽ FAB FUTBOL ÇEMPİONATI 2026-NIN RƏSMİ AÇILIŞI OLDU

25.04.2026