Xətai rayonu 17 nömrəli tam orta məktəbin şagirdləri “FAB Boya”da
calendar-icon

30.10.2018

Xətai rayonu 17 nömrəli tam orta məktəbin şagirdləri “FAB Boya”da

30.10.2018- ci il tarixində Bakı şəhəri Xətai rayonu 17 nömrəli tam orta məktəbin valideyn komitəsinin sədri Dürdanə İsmayılova, ümumtəhsil müəssəsinin “Eko-təqdimatlar” layihəsinin rəhbəri, biologiya müəllimi Südabə Əfəndiyeva və bir qrup şagird “FAB Boya və Kimya Sənayesi” MMC-də oldular. Gəzinti zamanı qonaqlara şirkətimizin tabeliyindəki fabrik və zavodlar, istehsalat prosesi, keyfiyyətə nəzarət laboratoriyaları haqqında məlumatlar verildi. Suallar cavablandırıldı. Məktəblilər FAB Akademiyasının konfrans zalında sərgilənən rəsm əsərləri, həmçinin şirkətimizin maketi ilə tanış oldular. “FAB Boya” adından şagirdlərə simvolik hədiyyələr verildi. Qonaqlar da öz növbəsində 8-ci sinif şagirdi Nərmin İsmayılovanın taxtadan hazırladığı əl işini şirkətimizə bağışladılar. Görüş nahar süfrəsi arxasında,xoş əhval-ruhiyyədə başa çatdı.

Digər xəbər yazıları

other-news card img

FİLOSOF MÜŞFİQ ÖTGÜN FAB ŞİRKƏTLƏR QRUPUNDA

15.05.2026

other-news card img

“KRİSTAL ABŞERON” ASC-NİN NÜMAYƏNDƏLƏRİ “FAB” VƏ “OMİD”DƏ

14.05.2026

other-news card img

BAKI MODERN TƏHSİL KOMPLEKSİNİN NÖVBƏTİ ŞAGİRD QRUPU “FAB” DA

13.05.2026

other-news card img

FAB ŞİRKƏTLƏR QRUPUNUN ƏMƏKDAŞLARI FƏXRİ XİYABANI ZİYARƏT EDİBLƏR

10.05.2026