“Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev “FAB Boya və Kimya Sənayesi” MMC-nin qonağı olub
calendar-icon

01.06.2018

“Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev “FAB Boya və Kimya Sənayesi” MMC-nin qonağı olub

01.06.2018- ci il tarixində “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev, B2B Departamentinin müdiri Müşfiq Əliyev, Koporativ Satış şöbəsinin müdiri Rüfət Sadıxov, Xüsusi Əhəmiyyətli Müştərilər Seqmentinin İdarə edilməsi bölümünün rəhbəri Samirə Səmədova, Xüsusi Əhəmiyyətli Müştərilər Seqmentinin İdarə edilməsi bölümünün Aparıcı Satış Koordinatoru Cavanşir Gözəlov, Maliyyə Departamentinin rəhbəri Ənvər Abbasov, Strategiya və İnnovasiya şöbəsinin ,"Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin rəhbəri İmran Bağırov “FAB Boya və Kimya Sənayesi” MMC-nin qonağı olublar. Nümayəndə heyətini “FAB Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Anar Əliyev qarşılayıb. Qonaqlar şirkətimizin tərkibindəki fabriklərin iş prosesini yaxından izləyiblər. Daha sonra görüş çay süfrəsi arxasında davam etdirilib. Qonaqlara şirkətimizin fəaliyyəti, yeni fabrikləri, məhsulları haqqında ətraflı məlumat verilib, işgüzar tərəfdaşlıq məsələləri müzakirə olunub.

Xatırladaq ki, ölkənin telekommunikasiya bazarının lider operatoru “Azercell Telekom” MMC 1996-cı ilin yanvarında təsis edilib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü çalışan ön ofis xidmətləri, M2M xidmətləri, onlayn və sosial media üzərindən müştəri xidmətləri və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir.

Digər xəbər yazıları

other-news card img

FAB ŞİRKƏTLƏR QRUPU ƏNƏNƏVİ XERİYYƏ AKSİYASINA DAVAM EDİR

29.06.2026

other-news card img

PMD GROUP NÜMAYƏNDƏLƏRİ FAB ŞİRKƏTLƏR QRUPUNUN İSTEHSAL MÜƏSSİSƏLƏRİNDƏ OLUBLAR

19.06.2026

other-news card img

FAB İDMAN ARENASINDA KORPORATİV RUHU GÜCLƏNDİRƏN FUTBOL QARŞILAŞMASI KEÇİRİLİB

17.06.2026

other-news card img

FAB BOYA YAXIN ŞƏRQ VƏ ƏRƏB ÖLKƏLƏRİNƏ İXRAC İMKANLARINI GENİŞLƏNDİRİR

12.06.2026