,,ÖZ DÜNYANI BOYA" rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı
calendar-icon

24.12.2016

,,ÖZ DÜNYANI BOYA" rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

Bu gün Azərbaycan inşaat sektorunun qabaqcıl şirkətlərindən olan "FAB Boya və Kimya Sənayesi MMC"nin təşkilatcılığı və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə məktəblilər arasında keçirilən ,,ÖZ DÜNYANI BOYA" adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı. Sərgidə 170 şagirdin 200 dən çox əl işi nümayiş olundu.

Dekabr ayının 17-də keçirilən müsabiqənin I hissəsində FAB Boya və Kimya Sənayesi MMC" nin təsisçisi Anar Əliyev, baş direktor Kənan Məhərrəmov münsiflər heyətinin üzvləri Azərbaycan rəssamlar ittifaqının katibi, Xalq rəssamı, Professor Ağaəli İbrahimov, Xalq rəssamı, Professor Arif Hüseynov, Əməkdar mədəniyyət işçisi, sənətşunas Ziyadxan Əliyev, təqdim olunmuş əsərlərə baxmış və seçilmiş mövzuya uyğun ən yaxşılarını qalib elan etmişlər.

Sərgiyə dəvət olunan şagirdlər və qonaqlar əvvəlcə "FAB Boya və Kimya Sənayesi MMC" nin istehsalat prosesi, yenilikləri, məhsul çeşidləri ilə yaxından tanış oldular. Daha sonra sərgini giriş sözu ilə "FAB Boya və Kimya Sənayesi MMC"nin baş direktoru Kənan Məhərrəmov açdı. O,gələn qonaqları və sərgi iştirakçılarını salamladıqdan sonra I-ci yerə layiq görülmüş qalibləri mükafatlandırdı.

İctimaiyyətin, Rəssamlar ittifaqının və KİV-in iştirakı ilə keçirilən tədbirdə bir sıra çıxışlar səsləndirildi.

Sonda qaliblər, sərgiyə qatılan bütün iştirakçılar plaket, fəxri fərman və hədiyyələrlə mükafatlandırıldı.

Digər xəbər yazıları

other-news card img

FAB ŞİRKƏTLƏR QRUPU ƏNƏNƏVİ XERİYYƏ AKSİYASINA DAVAM EDİR

29.06.2026

other-news card img

PMD GROUP NÜMAYƏNDƏLƏRİ FAB ŞİRKƏTLƏR QRUPUNUN İSTEHSAL MÜƏSSİSƏLƏRİNDƏ OLUBLAR

19.06.2026

other-news card img

FAB İDMAN ARENASINDA KORPORATİV RUHU GÜCLƏNDİRƏN FUTBOL QARŞILAŞMASI KEÇİRİLİB

17.06.2026

other-news card img

FAB BOYA YAXIN ŞƏRQ VƏ ƏRƏB ÖLKƏLƏRİNƏ İXRAC İMKANLARINI GENİŞLƏNDİRİR

12.06.2026