Nərimanov r-nu 193 saylı məktəb şagirdləri üçün zavod gəzintisi və tanıtım
calendar-icon

09.11.2015

Nərimanov r-nu 193 saylı məktəb şagirdləri üçün zavod gəzintisi və tanıtım

“FAB Boya və Kimya Sənayesi” MMC növbəti belə seminar proqramını 07.11.2015-ci il tarixində Bakı şəhəri Nərimanov rayonu 193 saylı orta ümumtəhsil məktəbinin VIII sinif şagirdləri üçün təşkil etdi. şagirdləri üçün təşkil etdi.

Seminarın aparıcısı zavodumuza dəvət olunan uşaqları, müəllim və valideyn heyətini salamlayaraq, onları şirkətimiz - zavodun bütün fabrik və bölmələri üzrə gəzintiyə dəvət etdi.

Qonaqlar burada həyata keçirilən keramika yapışdırıcılarının, elektrik məhsullarının, plastik boru, qutuların, boya istehsalının, habelə hazır məhsulun, o cümlədən "FAB Boya və Kimya Sənayesi" MMC-nin distribyutoru olduğu, dünyanın ən məşhur brendlərinə məxsus inşaat mallarının və aksessuarlarının depolanması və dağıtımı proseslərinin canlı şahidi oldular.

Şirkətimizin "FAB Akademiyası"nın nəzdində yerləşən Araşdırma və İnkişaf, Keyfiyyətə Nəzarət, Kafel və Metlax Yapışdırıcıları, Polimerlər laboratoriyalarında davam edən ekskursiya və tanıtım-seminar proqramı, habelə burada baş verən müxtəlif rənglərin alınması prosesini xüsusulə qeyd etmək istəyirik.

Biz də "FAB Boya və Kimya Sənayesi" MMC adından qonaqlarımıza - 193 saylı orta məktəbin şagirdlərinə, başda məktəbin müəllimi Kəmalə Süleymanova olmaqla, şirkətimizə təşrif buyurduqları üçün təşəkkürümüzü bildirir, uşaqlara təhsillərində və həyatlarında uğurlar arzulayırıq.

Digər xəbər yazıları

other-news card img

FAB BOYALARI MƏKTƏBLİLƏRİN GÖZÜ İLƏ

07.05.2026

other-news card img

AZƏRBAYCAN BEYNƏLXALQ BANKININ NÜMAYƏNDƏLƏRİ FAB ŞİRKƏTLƏR QRUPUNDA

07.05.2026

other-news card img

NEFT MÜHƏNDİSLƏRİ CƏMİYYƏTİNİN TƏLƏBƏLƏRİ “FAB”DA

28.04.2026

other-news card img

⚽ FAB FUTBOL ÇEMPİONATI 2026-NIN RƏSMİ AÇILIŞI OLDU

25.04.2026