az ru en

Xəbərlər


20/02/2019

Bölgə müdirləri və satış təmsilçiləri üçün təlimə başlanılıb

"Faydasını alanlar bilər” şüarı altında istehsal etdiyi məhsullarla, göstərdiyi xidmətlərlə hər zaman milli mənəvi dəyərlərə, keyfiyyətə önəm verən "FAB Boya və Kimya Sənayesi” MMC-nin inkişaf strategiyasında kadr peşəkarlığının artırılması ön sırada dayanır. Şirkətimiz işçi heyətinin bilik və bacarığının, peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi diqqət yetirir. Bu məqsədlə müntəzəm kurslar, seminarlar, təlimlər təşkil edir.

Belə tədbirlərin davamı kimi 04.02.2019- cu il tarixində "FAB Boya”nın Gəncə,Sabirabad,Lənkəran filiallarının bölgə müdirləri və satış təmsilçiləri üçün adaptasiya proqramı təliminə başlanılıb. Proqrama əsasən təlim iştirakçıları istehsalat prosesi və fəaliyyət istiqamətləri ilə yaxından tanış ediliblər. Şirkətimizin direktoru Kənan Məhərrəmov və İnsan Resursları Departamentinin rəhbəri Fuad Novruzov biznesdə korporativ üslub, əsas vəzifə və öhdəliklərlə bağlı məlumatlar veriblər. Təlim nəzəri və praktiki olmaqla 2 həftə davam edəcək.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet