az ru en

Məhsullar


Yapışdırıcılar

FAB D3 PARKET VƏ TAXTA YAPIŞDIRICISI







MƏHSUL HAQQINDA:

"FAB D3" polivinil asetat əsaslı istifadəyə hazır 1 komponentli yapışdırıcıdır. DIN EN 204 standartına uyğun olaraq suyadavamlı birləşmələr üçün D3 keyfiyyətli yapışdırıcıdır. Yüksək yapışma gücünə malikdir, tez quruyur. Quruduqdan sonra şəffaf görüntü verir.

XÜSUSİYYƏTLƏRİ:

• İşləmə temperaturu: ideal temperatur +18°C - +20°C arası +10°C-dən aşağı temperaturda istifadə edilməməli; • Taxta nəmliyi: daxili nəmlik 8-10%, pəncərə istehsalı üçün 10-14% • Tətbiq üsulu: bir tərəfə 120-200 q/m2 • Açıq tutulma vaxtı: 20°C-də 6-10 dəqiqə • Təzyiqdə saxlama vaxtı: Dərzlərin birləşdirilməsində • 20°C-də15 dəqiqə • 50°C-də 5 dəqiqə (əvvəlcədən qızdırma) • 80°C-də 2 dəqiqə (əvvəlcədən qızdırma) • "FAB D3" yapışdırıcısının ən möhkəm bərkimə müddəti: 7 gündən sonra.

TƏTBİQ SAHƏSİ:

Taxta pəncərə və qapıların yapışdırılması, HPL (Yüksək Təzyiqli Laminat) lövhələrin, bölücü divarların yapışdırılması və elementlərin hazırlanması, sərt, ekzotik ağac növlərinin yapışdırılması, məsələn; pilləkən, faner yapışdırılması, eləcə də sənayedə yüksək tezlikli yapışdırmalara uyğundur.

TƏTBİQİ:

Yapışqan səthlər otaq temperaturuna gətirilməli, quru, təmiz, tozsuz və yağsız olmalıdır. Yapışdırıcı fırça, mala və ya yapışqan rulosu ilə tətbiq edilə bilər.Yapışdırıcını bir tərəfə tətbiq edin (sərt və ekzotik ağac növlərinin yapışdırılmasında hər iki tərəfə). Bir-birinə yapışdırılacaq səthləri birləşdirin. Təzyiq min. 0.7-1 N / mm2 (pres, sıxma cihazı) olmalıdır. İstifadədən əvvəl otaq temperaturuna gətirin və qarışdırın. Alətlər su ilə təmizlənir.

SƏRFİYYAT:

Yapışqanın sərfiyyatı səthin quruluşundan, yapışqanı tətbiq etmək üçün istifadə olunan ləvazimat və s.-dən asılı olaraq: • faner yapışdırarkən 100-130 q /m² • massiv taxta yapışdırarkən 150-200 q/m²-dır.

SAXLANMA MÜDDƏTİ:

+20°C-də, orijinal qablaşdırmada 12 aydır.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR!

Facebook Twitter