az ru en

Məhsullar


Digər məhsullar

FABİM HİDRO-STOP 510







MƏHSUL HAQQINDA:

İnşaat materiallarının üzərlərinə hopdurularaq su önləyicilik verən, maye silikon əsaslı, solventli, şəffaf su izolyasiyası materialıdır. Su keçirməyən, lakin hava keçirəndir. Səthdə qat yaratmır. Çöl cəbhə örtücülərinin görüntüsünü dəyişmədən qoruyur.

XÜSUSİYYƏTLƏRİ:

Su keçirməzdir. Səthdə təbəqə əmələ gətirmir. Kirlənmə, çiçəklənmə, kiflənmə və donmanın mənfi təsirlərini aradan qaldırır.

TƏTBİQİ:

Çatları olmayan, su keçirən səthlər üçün su hopmasını azaldan, kirlənməni önləyən və çiçəklənmədən qoruyan material kimi istifadə olunur. Daş, kərpic, kirəmit, qazbeton, traverten, sement, alçı, beton, mərmər, üzlük daşı, qranit, bişmiş torpaq və bu kimi boyanmayan təbii səthlərin su keçirməzliyini təmin edir, tarixi əsərlərin səthlərini atmosferik təsirlərə qarşı qoruyur. Səth qabarmış, tökülmüş boya, dağınıq hissələrdən, çiçəklənmə, yağ və tozdan təmizlənməli, quru, boyasız, möhkəm olmalıdır. Səthdə nəm ləkələri olmamalıdır. Böyük ölçülü çatlaqlar xüsusi təmir suvağı ilə düzəldilməlidir. Donmuş, əriməkdə olan və ya 24 saat içərisində donma təhlükəsi olan səthlərdə istifadə etməyin. FABKİM HİDRO-STOP 510 incəldilmədən püskürtmə, rolik və ya fırça ilə səth doyana qədər tətbiq edilməlidir. Çox əmici səthlərdə FABKİM HİDRO-STOP 510, qatlar arası maksimum 4 saat gözləmək şərti ilə iki və ya üç qat şəklində tətbiq olunmalıdır. Materialın axmamasına diqqət yetirmək lazımdır. Tətbiq zamanı ətrafa sıçrayan materialın təmizlənməsi çətin olduğundan şüşə səthlər, taxta və metal pəncərə, qapı çərçivələrində qoruyucu vasitə istifadə edilməlidir. Ətrafda bitkilər varsa, onlar selofan ilə örtülməlidir. FABKİM HİDRO-STOP 510 oda və qığılcıma qarşı qorunmalıdır. İstifadə edərkən qoruyucu gözlük və əlcək taxılması məsləhətdir. Material quruyanadək yağışdan qorunmalıdır.

SƏRFİYYAT:

Səthin hopmasından asılı olaraq tək qatda təxminən 150-200 ml/m2. Daha dəqiq sərfiyyatı təyin etmək üçün nümunə işləmlərinin aparılması məsləhətdir.

QEYD:

Tətbiq ediləcək səthlərin və məkanın temperaturu +5°C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

R10 Alovlana bilər. R37/65/67. Udulduqda və tənəffüs edildikdə nəfəs yollarına, ciyərlərə zərər verə bilər. S2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S24/25 Dəri və göz ilə təmas etdirməyin. S57 Ətraf mühitə verə biləcəyi zərərlərə qarşı qoruyun.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.  

Facebook Twitter