Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85

Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
FAB BOYA

az ru en

Məhsullar


Digər məhsullar

FAB ULTRASİL







MƏHSUL HAQQINDA:

"FAB ULTRASİL" evinizdəki bir çox ləkə və kiri yox etməyə imkan yaradan mükəmməl çoxməqsədli möcüzəvi təmizləyicidir. Güclü formulu sayəsində səthləri qısa zaman ərzində təmizləyir. İnadçı ləkələrə qarşı əlinizin altında olacaq ən yaxşı köməkçidir.

TƏTBİQ SAHƏSİ:

Mətbəx və hamam otağında güvənlə istifadə edilə bilər. Keramika, farfor, şüşə, xrom səthlər, qapı və pəncərə çərçivələri, duş-kabinə şüşələri, soba, kafel dərzləri kimi məkanlarda effektiv təmizliyi təmin edir. FAB ULTRASİL çoxməqsədli möcüzəvi təmizləyici əlüzyuyan,bişirmə sobaları, soba üstləri, bişirmə siniləri, manqal, barbekü, hamam otağı, çöl məkan mebelləri, kafel, metlax kimi səthlərdə istifadə oluna bilər. Səthləri paslanma və rəng dəyişiminə qarşı qoruyur.

TƏTBİQİ:

Ləkəli və çirkli səthə bir miqdar tökün və nəmli bez ilə silin. Səthi yetərincə ovxaladıqdan sonra su ilə durulayın. Plastik, boyalı taxta, alüminium və laklanmış səthlərdə istifadə etməyin. Məhsulu əl, üz və qida təmizliyində istifadə etməyin. İsti səthlərə birbaşa tətbiq etməyin. Şüşə və keramika səthləri cıza biləcəyindən bezlə möhkəm sürtməyin.

XƏBƏRDARLIQ:

Uşaqların əllərinin çatmayacağı yerdə saxlayın. Göz və dəri ilə təmas etdirməyin. Havalandırılması yaxşı olan yerdə istifadə edin. Buxarını udmayın. Məhsulu istifadə edərkən siqaret çəkməyin.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

H319-Ciddi göz qıcıqlanmasına səbəb olur. P280- Qoruyucu əlcək, qoruyucu geyim, gözləri və üzü qoruyacaq vasitələrdən istifadə edin. P337/P313- Göz qıcıqlqanması daimi olarsa, tibbi yardım alın.

Facebook Twitter