az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

Akrilik kopolimer emulsiya əsaslı, mat görünüşlü çöl səthlər üçün dekorativ son qat boyadır.

XÜSUSİYYƏTLƏRİ:

"FAB BEŞ ULDUZ" çatlamayan, tökülməyən, yüksək yapışma, örtücülük və tənəffüsetmə qabiliyyətinə malik çöl səthlər üçün nəzərdə tutulan boyadır. Su əsaslı olduğu üçün qoxusu yoxdur, ətraf mühitin dostudur.

TƏTBİQİ:

"FAB BEŞ ULDUZ" binaların çöl divarlarında, daha əvvəl boyanmış, rəngini itirmiş səthlərdə və məcun ilə alt səth hazırlığı aparılmış səthlərdə son qat boya kimi istifadə edilir. Dekorativ məqsədlər üçün iç divarlarda da istifadə oluna bilər. "FAB BEŞ ULDUZ" tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənməli, qabarıq hissələr tamamilə düzləşdirilməli və səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və xam suvaqlı divarlarda əvvəlcə sumbata kağızı ilə suvaqüstü boşda qalan qum dənələri sürtülərək təmizlənməlidir. Boyanın tətbiqindən əvvəl səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra üzərinə 1 ölçü "FABKİM HİDROSTOP (500)" eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməlidir. 24 saat gözlədikdən sonra səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş "FAB BİNDER (340)" məhlulu ilə yuyulmalıdır (1 nisbət "FAB BİNDER (340)", 7 nisbət su). "FAB BİNDER (340)" ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməli, daha sonra "FAB AKRİLİK MƏCUN (350)" tətbiq olunmalıdır. "FAB AKRİLİK MƏCUN (350)" tam quruduqdan sonra (istənilərsə, düz səth almaq üçün divar sumbatalana bilər) divar təkrar 1:7 nisbətində su ilə incəldilmiş "FAB BİNDER (340)" məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməlidir. "FAB BEŞ ULDUZ" ilk qatda 20-25%, ikinci qatda isə 10-15% su ilə həll edilib fırça və ya rulo vasitəsilə səthə çəkilir. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. İstəyə bağlı olaraq 3-cü qat lazım gələrsə, eynilə 2-ci qat kimi tətbiq edilə bilər. Boyanın tətbiqi və quruması zamanı səth yağışdan, dondan qorunmalı, çox küləkli və birbaşa günəş şüaları altında tətbiq edilməməlidir.

İNCƏLDİLMƏSİ:

İlk qatda 20-25%, ikinci qatda 10-15% su ilə həll edilməlidir.

QURUMA VAXTI:

(20°C/65%nisbi rütubətdə): 1 saat ərzində quruyur. Tam quruma vaxtı 24 saatdır. Tətbiqdən 24 saat sonra hər cür hava şərtlərinə dözümlüdür.

SƏRFİYYAT:

Səthin düzgünlüyündən, hopmasından asılı olaraq tək qatda 1 kq. "FAB BEŞ ULDUZ" ilə 5-7m² sahə boyanır. Daha dəqiq sərfiyyatı təyin etmək üçün nümunə işlərinin aparılması məsləhətdir.

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +10°C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin, qablaşma və ya etiketi göstərin.

İSTİFADƏ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR:

Bağlı qutuda qabıqlanma olması qutunun hava aldığını, çökmə, yaxud ayrışma varsa, həddən artıq soyuq və ya isti şəraitdə saxlanıldığını göstərir. Su bazlı boya ilə boyanmış səthlərdə kiflənmə əmələ gəlməsinin səbəbi ətrafda həddən artıq nəm, divarların çöldən, tavandan və ya təməldən su alması, divarlarda istilik izolyasiyasının zəif olmasıdır. Akrilik boyaların tətbiqində müşahidə edilən incə çatlamaların səbəbi boyanın həddən artıq qalın çəkilməsi, səthin boyanarkən isti olması, küləkli hava şəraiti, hazır boyanın tərkibinə sonradan kalsit kimi dolğu maddəsinin əlavə edilməsi, astarın normadan çox istifadə edilməsidir. Həddindən artıq qalın boya çəkildikdə və ya həlledicidən göstərilən miqdardan çox istifadə etdildikdə səthdə axma və dalğalanmalar şəklində görünüş əmələ gəlir. Boyanın yapışmayaraq səthdən qopması və ya soyulması kimi hallar səthin həddən artıq kirli olması və ya boyanın yetərincə həll edilməməsi ilə əlaqədardır. Günəş işıqlarının birbaşa düşdüyü divarlarda rəngləmə işi aparılarsa, boyanın yapışması zəif olar. Bu və bunun kimi problemlərlə qarşılaşdıqda qutu üstündəki partiya nömrəsi ilə texniki servisə müraciət etsəniz, probleminizlə yaxından maraqlana bilərsiniz.

Facebook Twitter