az ru en

Məhsullar


Boyalar

Metallik boya

FAB METALLIK BOYASI







MƏHSUL HAQQINDA:

Xüsusi qətran əsaslı, istiyədavamlı son qat boyadır.

XÜSUSİYYƏTLƏRİ:

120°C-yə qədər temperatura davamlıdır. Tez quruyur. Tətbiq edildiyi səthə möhkəm yapışır.

TƏTBİQ SAHƏSİ:

Hər növ metal avadanlıqlarda dekorativ məqsədlə istifadə edilə bilər.

TƏTBİQİ:

Tətbiq olunacaq səth toz, kir, pas və köhnə boya qalıqlarından tamamilə təmizlənməli və ya cilalanmalıdır. FAB Metal Boyası istifadəyə hazır şəkildədir. Tək qat şəkildə fırça, rulo və ya boya tapançası ilə səthə çəkilir. Boya tapançası ilə tətbiq edildikdə 10% nisbətində FAB Sellülozik Tiner ilə incəldilə bilər. İkinci qata ehtiyac olarsa, qatlar arasında 2-3 saat gözləmək lazımdır.

İNCƏLDİLMƏSİ:

Boya tapançası ilə tətbiq edildikdə 10% nisbətində FAB Sellülozik Tiner ilə incəldilə bilər.

SƏRFİYYAT:

Səthin xüsusiyyətindən asılı olaraq 1 kq. FAB Metal Boyası ilə tək qat şəklində 10-15 m² sahəni boyamaq mümkündür.

SAXLANMA MÜDDƏTİ:

Birbaşa günəş işığı düşməyən, 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarında 3 il saxlanıla bilər. Həddindən artıq isti və nəmdən qorunmalıdır.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S2 : Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S3/7/9 : Qutunu bağlı halda, sərin və yaxşı havalandırılan yerlərdə mühafizə edin. S24/25 : Göz və dəri ilə təmas etdirməyin. S46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin. S51 : Yalnız yaxşı havalandırılan yerlərdə istifadə edin.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR!

Facebook Twitter