az ru en

Məhsullar


Boyalar

FAB UNİVERSAL







MƏHSUL HAQQINDA:

"FAB UNİVERSAL" (395) boya rəngləndiricisi su və sintetik tərkibli ağ dekorativ boyaları rəngləndirmək üçün istifadə olunur. Yüksək rəngləndirmə gücü ilə istənilən rəngi əldə edə bilməsini təmin edir. "FAB UNİVERSAL" (395) boya rəngləndiricisi konsentrat pigment pastasıdır, buna görə də tək başına istifadə edilə bilməz, sadəcə boya və digər örtücü vasitələrə əlavə edilərək istifadə edilməlidir. Ton fərqi yaranmaması üçün rəngləndirilmiş boyaların tam qarışdırılaraq istifadəsi məsləhət görülür. Rəngləndirilən boyanın tərkibindəki titan dioksidin (TiO2) miqdarına görə fərqli rəng tonları alına bilər.

XÜSUSİYYƏTLƏRİ:

"FAB UNİVERSAL" (395) boya rəngləndiricisi klassik rəngləndirmə sistemlərindəki kimi rəngli boya olmayıb, işıq və xarici təsirlərə dayanıqlılığı yüksək olan, universal, konsentrat piqment pastasıdır. Hər növ boya və örtücü vasitəsinin xüsusiyyətini pozmadan rəngləndirə bilər. Qutu içində qurumaz.

TƏTBİQİ:

İstifadədən öncə şüşə qüvvətli çalxalanmalıdır. Rəngləndiricilər, su əsaslı boyalara maximum 10%, sintetik əsaslı boyalara 4% miqdarında əlavə edilməlidir. Ağ boyaya, əvvəlcə rəngləndirici, daha sonra həlledici əlavə edilməlidir. Rəngləndiricinin qutusu boşaldıqdan sonra içində qalan rəngləndirici boyanın özü ilə çalxalanaraq boyaya əlavə edilməlidir.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

XƏBƏRDARLIQ:

S2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S46 Udulduqda dərhal həkimə müraciət edin, qablaşma və ya etiketi göstərin.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR!

Facebook Twitter