az ru en

Məhsullar


Boyalar

FABMATİK







MƏHSUL HAQQINDA:

Akrilik kopolimer əsaslı, mat görünüşlü, yüksək örtücülüyə malik rəngləndiricidir.

XÜSUSİYYƏTLƏRİ:

FABMATİK (390) su əsaslı olduğuna görə ətraf mühit üçün təhlükəsizdir. FABMATİK (390) yüksək örtücülüyə malik olub, tez quruyan və yuyula biləndir. FAB BOYA rəngləndirmə sistemində olan 24 müxtəlif rəngdəki FABMATİK (390)-nin hər bir rəngini su əsaslı ağ FAB boya ilə qarışdırmaqla həm standart 144 rəngi, həm də bunun xaricində xəyalınızdaki minlərlə rəngi əldə edə bilərsiniz.

TƏTBİQİ:

FABMATİK (390) həm su əsaslı bütün ağ dekorativ boyaları rəngləndirmək üçün, həm də özü ayrıca olaraq su əsaslı boya kimi istifadə edilə bilər.İstifadədən öncə qutu qüvvətli çalxalanmalıdır. Ton fərqi yaranmaması üçün rəngləndirilmiş boyaların tam qarışdırılaraq istifadəsi məsləhət görülür. Rəngləndirilən boyanın tərkibindəki titan dioksidin (TiO2) miqdarına görə fərqli rəng tonları alına bilər. FAB MATİK RƏNGLƏNDİRMƏ kataloqunda göstərilən rəngləri almaq üçün FABMATİK (390) su əsaslı ağ FAB boyası ilə qarışdırılır. FABMATİK (390) boya kimi istifadə edilərsə 5% su ilə həll edilməlidir.

QURUMA VAXTI:

(20°C, 65% nisbi rütubətdə): FABMATİK (390) boya kimi istifadə edilərsə 5-6 saat sonra ikinci qat tətbiq edilməlidir. Tam quruma vaxtı 24 saatdır.

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +10°C ilə +30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin, qablaşma və ya etiketi göstərin.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR!

Facebook Twitter