az ru en

Xəbərlər


26/06/2022

300№-li tam orta məktəbin şagirdləri "FAB" Şirkətlər Qrupunda

   02.06.2022-ci il tarixində Vüqar Əvəzov adına 300№-li tam orta məktəbin şagirdləri üçün "FAB” Şirkətlər Qrupunun istehsal müəssisələrində ekskursiya təşkil olunub. Gəzinti zamanı məktəblilərə şirkətimizin istehsal sahələri, istehsal prosesində tətbiq edilən yeniliklər, ekoloji təmizliyin qorunması, insan sağlamlığına zərərsiz məhsul hazırlama texnologiyaları haqqında ətraflı məlumatlar verilib. Şagirdlər məhsul istehsalı, FAB Akademiyasının laboratoriyalarında aparılan sınaq və təcrübə proseslərini izləyiblər.

 Daha sonra konfrans zalında şirkətimizin fəaliyyətindən bəhs edən videomaterial nümayiş olunub. Qısa tanıtım filminin ardından şagirdləri maraqlandıran suallar cavablandırılıb. Ekskursiya iştirakçılarına"FAB” Şirkətlər Qrupu adından simvolik hədiyyələr təqdim edilib. Gəzinti çay süfrəsi arxasında, xoş əhvali-ruhiyyədə başa çatıb.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet