az ru en

Xəbərlər


03/07/2022

"FAB FUTBOL ÇEMPİONATI 2022"nin ilk oyunu keçirilib

     09.05.2022-ci il tarixində "FAB Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Səfər Əliyevin xatirəsinə həsr olunmuş dördüncü daxili "FAB futbol çempionatı 2022”nin açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə "FAB Boya və Kimya Sənayesi” MMC-nin baş direktoru Kənan Məhərrəmovaçıb və komanda üzvlərinə uğurlar arzulayıb. Çıxışlardan sonra çempionatın ilk oyununa start verilib. Yaşıl meydanda "FAB Boya” və "HILL FAN” komandaları qarşı-qarşıya gəlib. Oyun 4:3 hesabı ilə "FAB Boya” futbol komandasının xeyrinə başa çatıb. Günün ikinci qarşılaşması "FAB Distribusiya 1” və "FAB Distribusiya 2” komanadaları arasında olub. Matç 11:0 "FAB Distribusiya 1” komandasının xeyrinə başa çatıb.

      Qeyd edək ki, "FAB futbol çempionatı 2022”nin qalibi adı uğrunda, ümumilikdə 12 komanda mübarizə aparır.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet