az ru en

Xəbərlər


25/10/2021

Neftçi Mühəndislər Cəmiyyəti Bakı Ali Neft Məktəbi Tələbə Fəslinin üzvləri "FAB" Şirkətlər Qrupunda

       12.10.2021- ci il tarixində Neftçi Mühəndislər Cəmiyyəti Bakı Ali Neft Məktəbi Tələbə Fəslinin təşəbbüsü ilə kimya mühəndisliyi üzrə təhsul alan bir qrup tələbə üçün "FAB” Şirkətlər Qrupunda informasiya turu təşkil edildi. Tələbələr istehsal müəssisələrində məhsulların hazırlanma prosesini, "FAB Akademiyası” laboratoriyalarında həyata keçirilən sınaq və təcrübələri yaxından izlədilər. Onlara istehsal prosesində tətbiq edilən müasir texnologiya və avadanlıqlar, məhsul çeşidləri haqqında ətraflı məlumat verildi. Suallar cavablandırıldı. Daha sonra FAB Akademiyasının konfrans zalında şirkətimizin fəaliyyətindən danışan videomaterial nümayiş olundu. Tələbələrə simvolik hədiyyələr təqdim edildi, xatirə şəkli çəkdirildi. İnformasiya turu çay süfrəsi ətrafında xoş əhval-ruhiyyədə başa çatdı.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet