az ru en

Xəbərlər


19/05/2021

"FAB" ŞİRKƏTLƏR QRUPU 20 İL SİZİNLƏ


       Bu gün "FAB” Şirkətlər Qrupu olaraq fəaliyyətə başlamağımızın 20-ci ildönümünü qeyd edirik. Rəqabətə davamlı məhsullarımız, möhkəm təməllərə bağlı tərəfdaşlığımız, gərgin əmək və zəhmətimiz sayəsində hazırda inşaat sektorunda Azərbaycanın ən məşhur brendləri sırasında ön pillələrdə yer almağımızın sevincini və qürurunu yaşayırıq.

       2001- ci ilin 24 aprelində "Faydasını alanlar bilər” şüarı ilə yola çıxan və boya istehsalına başlayan şirkətimiz hazırda plastik borudan, alçı və yapışdırıcılara qədər müxtəlif təyinatlı inşaat məhsullarının istehsalçısıdır. Ölkəmizin uğurlu sosial- iqtisadi tərəqqisi, sahibkarlara göstərilən yüksək dövlət qayğısı, qeyri-neft sənayesinin inkişafına yönələn tədbirlər, dövlət başçısı, cənab İlham Əliyevin innovativ texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqlar yeni fabrik və zavodlarımızın istismara verilməsinə stimul oldu. İstehlakçılara ən yaxşı xidməti, ən yaxşı məhsulu təklif etdik, birlikdə qazandıq, birlikdə böyüdük.

      Dürüstlük, ədalət prinsipləri ilə qurduğumuz əməkdaşlıq əlaqələri, yenilikləri tətbiq etmək, milli-mənəvi dəyərlərə bağlılığımız 20 illik fəaliyyət dövrümüzü işıqlandıran amillər oldu. Keyfiyyətdə üstün, ekoloji cəhətdən təmiz məhsul istehsalını vərdişə çevirdik. Müəssisələrimizi ən müasir tələblərə uyğun, ətraf mühitə zərər verməyəcək şəkildə qurduq. Məhsul və xidmətlərimizlə könüllərə xitab etdik.

        Geridə qoyduğumuz 20 il ərzində sevincimizi, uğurumuzu, kədərimizi birlikdə paylaşdıq. "FAB”ın hər kəs tərəfindən sevilən və seçilən yerli marka kimi tanınmasının şahidi olduq. Qarşıda həyata keçirəcəyimiz ideyalar çoxdur. Hədəflərimiz böyükdür. Keçmişimizə, milli-mənəvi dəyərlərimizə sadiq qalaraq növbəti onillikdə "FAB” markasının ölkə hüdudlarından kənarda da seçilən Azərbaycan brendi kimi tanınması istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik. İstehlakçıların gözləntilərini maksimum səviyyədə qarşılamaq üçün əzmlə çalışacağıq. Zirvələri birlikdə fəth edəcəyik. Şirkətimizin bu günlərə gəlməsində əməyi keçən bütün əməkdaşlarımıza, tərəfdaşlarımıza və etimad göstərib bizi seçən məhsul istifadəçilərimizə təşəkkür edirik.


Hörmətlə:

"FAB” Şirkətlər Qrupu




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet