"FAB BOYA" Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna yenidən 50 000 manat vəsait köçürüb

Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi
altında Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, Azərbaycanın ərazi
bütövlüyünün bərpası uğrunda şanlı Azərbaycan ordusunun keçirdiyi döyüş əməliyyatları
uğurla davam edir. Müzəffər Ordumuzun rəşadəti nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan
rayonları, bir sıra yüksəkliklər və yaşayış məntəqələri düşmən tapdağından azad
olunub. Ordumuzun qazandığı uğurlar "FAB
Boya və Kimya Sənayesi” MMC olaraq bizi qürurlandırır. Şirkətimiz Milli
Ordumuzun haqq savaşına dəstək məqsədilə
növbəti dəfə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50
000 manat ianə edib. İnanırıq ki, qısa
zaman ərzində işğal altındakı bütün torpaqlarımızda üçrəngli bayrağımız
dalğalanacaq, soydaşlarımızın vətən həsrətinə son qoyulacaq.
Qeyd
edək ki, hazırda "FAB Boya və Kimya Sənayesi” MMC-nin 30-dan çox əməkdaşı Milli
Ordumuzun sıralarında ölkəmizin bütövlüyünün bərpası uğrunda gedən haqq
savaşında iştirak edir. İnanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Qarabağ tezliklə azad ediləcək, ölkəmizdə sülh, əmin-amanlıq bərqərar olacaq. Yaşasın Azərbaycan ordusu! Qarbağ Azərbaycandır!