FAB BOYA xeyriyyə aksiyasını davam etdirir

"FAB Boya və Kimya Sənayesi”
MMC xeyriyyə aksiyasını davam etdirir. 01.10.2020-ci il tarixində şirkət tərəfindən
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin, Qarabağ Qaziləri İctimai
Birliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron və Binəqədi Rayon Bölmələrinin
üzvləri olmaqla, ümumilikdə 400-dən çox aztəminatlı ailəyə ət məhsulu paylanılıb.