FAB BOYA Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürdü

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyünün və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi uğrunda zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Yaşından, statusundan, vəzifəsindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşı yekdilliklə silahlı qüvvələrimizin haqq işinə öz dəstəyini nümayiş edirir.
"FAB Boya və Kimya
Sənayesi" MMC olaraq, biz də işğal altındakı tarixi torpaqlarımızın azadlığı uğrunda
gedən qızğın döyüşlərdə ordumuza maddi və mənəvi dəstəyimizi əsirgəmirik.
Şirkətimiz tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna
50 min manat vəsait köçürülüb. 30-dan çox əməkdaşımız hərbi əməliyyatlarda
iştirak məqsədilə ordu sıralarına qatılıb. Silahlı qüvvələrimizin qazandığı uğurlar Qarabağın tezliklə azad ediləcəyi,
ölkəmizdə sülhün, əmin-amanlığın bərqərar olacağının xəbərçisidir. İnanırıq ki,
o yerlərə, tarixi yurd-yuvalarımıza qayıdacağımız gün çox yaxındır. Çünki
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Yaşasın şanlı Azərbaycan əsgəri!