"FAB Boya" şirkəti dövlət başçısına təşəkkür məktubu ünvanlayıb

Azərbaycan inşaat sektorunun qabaqcıl şirkətlərindən
olan "FAB Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Anar Səfər oğlu Əliyev rəhbərlik
etdiyi kollektiv adından koronavirus pandemiyasının qarşısının alınması istiqamətində
həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkür məktubu
ünvanlayıb. Məktubda deyilir:
"Möhtərəm cənab Prezident!
Azərbaycan dövlətinin dünyada geniş şəkildə yayılan
koronovirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində
başlanğıc mərhələdə əldə etdiyi uğurlar, bu gün də digər ölkələrlə müqayisədə
Azərbaycanda vəziyyətin daha əlverişli olması Prezident kimi Sizin hər kəsə
göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Bu, biz iş adamlarını bir vətəndaş
kimi ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha
sübut edir.
4 aprel 2020-ci il tarixində təsdiq edilmiş Tədbirlər
Planına uyğun olaraq, Azərbaycan hökuməti beynəlxalq müstəvidə baş vermiş
problemin yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri
olan bütün addımları atır və hazırda bu tədbirlərin icrası davam etdirilir. Belə
ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək
haqlarının müəyyən hissəsi dövlət tərəfindən ödənilir. Bundan başqa,
pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə
vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması
nəzərdə tutulur. Dövlətimiz tərəfindən göstərilən bu qayğıdan bəhrələnən müəssisə
kimi Sizə dərin minnətdarlığımızı bildirir, İqtisadiyyat Nazirliyinə isə bu sahədə
Sizin tapşırıqlarınızı operativ yerinə yetirdiyinə görə təşəkkür edirik.
Hörmətli Prezident!