FAB 19 İL SİZİNLƏ

Əziz və dəyərli dostlar!
Bu gün şirkətimizin 19-cu ildönümünün sevincini Sizinlə bölüşməkdən məmnunluq
duyuruq. Diqqətinizə çatdırırıq ki, 2001-ci ildə müxtəlif təyinatlı inşaat boyaların
istehsalı ilə fəaliyyətinə start verən "FAB” şirkəti hazırda Azərbaycanın
tanınmış markaları sırasında ön pillələrdə qərarlaşır. Bu nailiyyətin
qazanılmasında ölkəmizdə sahibkarlara yüksək dövlət qayğısının, həyata keçirilən
səmərəli islahatların böyük rolu var. Azərbaycan Respublikasının Prezidenti, Cənab
İlham Əliyevin tapşırıq və göstərişləri əsasında qeyri-neft sektorunun inkişafı
istiqamətində görülən ardıcıl işlər şirkətimizin böyüməsinə, yeni istehsal sahələrimizin
istismara verilməsinə stimul oldu.
Nəzərinizə çatdırırıq ki, 19 illik müştəriyönümlü fəaliyyətimizdə
xidmət və işgüzar əlaqələrini genişləndirən, əməkdaşlarının, tərəfdaşlarının
gözləntilərini qarşılayan, faydalı, güvənilən şirkət olmaq missiyamıza, dəyərlərimizə
sadiq qaldıq. Cəmiyyətin maraqlarına, ətraf mühitin qorunmasına, insan
sağlamlığı üçün zərərsiz, keyfiyyətdə üstün məhsulların hazırlanmasına məsuliyyətlə
yanaşdıq. İnsanların xeyirinə yönələn fəaliyyətlərin
ümumi inkişafımıza fayda verəcəyinin fərqinə vardıq. Vətəndaşlarımızın sosial
rifahının yaxşılaşdırılması istiqamətində dəstəyimizi əsirgəmədik. Qurduğumuz münasibətlərdə
ədalət və qarşılıqlı hörmət prinsiplərini qorumağa həssaslıqla yanaşdıq. Gördüyümüz
işlərin nəticəsidir ki, ölkənin keyfiyyətli boya istehsalçısı kimi tanınaraq ən
yaxşılar sırasında layiqli yerdə qərarlaşdıq. Bu nailiyyətlərin qazanılmasında
kollektivimizin hər bir fərdinin rolu danılmazdır. İnanırıq ki, qeyd etdiyimiz 19
yaş şirkətimizin parlaq gələcəyinin xəbərçisi olacaq. Qarşıda uğurlu, perspektivli
nailiyyətlərlə yadda qalacaq daha neçə ildönümlərini birlikdə qeyd edəcəyik.
Bütün kollektivə, güclərini və səylərini şirkətimizin inkişafına sərf
edən hər kəsə səmimi qəlbdən təşəkkür edirik. Ölkəmizə firəvanlıq, xalqımıza
can sağlığı, tükənməz uğurlar arzulayırıq.
"FAB BOYA” şirkəti olaraq Sizinlə bərabər olmaqdan və Sizə xidmət etməkdən
hər zaman qürur duyuruq!
Hörmətlə: "FAB Boya və Kimya Sənayesi” MMC-nin İdarə
Heyəti