"FAB Boya" Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb

"FAB Boya və Kimya Sənayesi”MMC
könüllülük və korporativ sosial məsuliyyət prinsipləri əsasında COVİD-19
pandemiyasına qarşı mübarizə çağırışına qoşularaq həmrəyliyini nümayiş etdirib.
Şirkətimiz Azərbaycan prezidenti, Cənab İlham Əliyevin ölkəmizdə koronavirus
infeksiyasının yayılmasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə
yaratdığı Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fondunun hesabına 50 min
manat məbləğində vəsait köçürüb. İnanırıq ki, Azərbaycan dövlətinin təxirəsalınmaz
qabaqlayıcı tədbirləri sayəsində dünyanı ağuşuna alan virusun ölkəmizdə
yayılmasının qarşısı alınacaq.