"FAB Boya"da "Beynəlxalq qadınlar günü" qeyd olundu

07.03.2020-ci il tarixində "FAB Boya və Kimya Sənayesi”
MMC-də 8 mart "Beynəlxalq Qadınlar Günü” qeyd olunub. Şirkətimizin təsisçisi
Anar Əliyev qadınların cəmiyyətin inkişafındakı rolundan söz açdı. Kollektivin
xanım üzvlərini təbrik etdi. Zeynəb Abdullayeva göstərilən diqqət və qayğıya
görə rəhbərliyə təşəkkürünü bildirdi. Sonda şirkət adından hədiyyələr təqdim olundu.
Tədbir xoş əhval-ruhiyyədə başa çatdı.
"FAB Boya və Kimya Sənayesi” MMC olaraq bu gün
münasibətilə bütün xanımları təbrik edirik. Bayramınız mübarək, əziz xanımlar!