"Göygöl İnşaat" mağazasının rəhbəri "FAB Boya"nın qonağı oldu

08.02.2020- ci il tarixində Gəncə şəhərində fəaliyyət
göstərən "Göygöl İnşaat” mağazasının rəhbəri Aqil Qurbanov "FAB Boya və Kimya Sənayesi”
MMC-də oldu. Qonağı şirkətimizin regionlar üzrə satış müdiri Rəhman Məmmədov
qarşıladı. Görüş zamanı əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. "FAB Boya”nın
istehsal sahələri, məhsullar haqqında qonağa məlumat verildi.