Quba şəhərindəki "FAB" mağazasının əməkdaşları ilə görüş keçirilib

25.01.2020-ci il tarixində Quba şəhəri,Vaqif küçəsində
yerləşən FAB inşaat materialları mağazasının müdiri, dəyərli müştərimiz Elmar
Atluxanov və mağaza əməkdaşları "FAB Boya və Kimya Sənayesi” MMC-də olublar. Onları
şirkətimizin təsisçisi Anar Əliyev və bölgələr üzrə satış müdiri Rəhman Məmmədov
qarşılayıblar. Qonaqlara "FAB Boya”nın fəaliyyəti, istehsal sahələri, yeniliklər
haqqında ətraflı məlumat verilib, əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş xoş əhval-ruhiyyədə başa çatıb.