"FAB Boya"da məhsul tanıtımı ilə bağlı seminar

29.01.2020-ci il tarixində Türkiyənin Akkim Yapı
Kimyasalları San. və Tic. A.Ş-nin təşəbbüsü ilə "FAB Boya və Kimya Sənayesi” MMC-nin satınalma,
bazarlama departamentinin əməkdaşları üçün seminar keçirildi. Təlimin əsas
mövzusu bəzi Akkim məhsullarının tanıtımı olub. Türkiyəli mütəxəssislər məhsul
tanıtımı, marketinqlə bağlı təcrübələrini bölüşdülər.
Akkim Yapı Kimyasalları San. və Tic. A.Ş müxtəlif təyinatlı
yapışdırıcılar, poliuretan dolğu, montaj köpükləri, silikon dərz dolğu, texniki
aerozol, sprey boyalar istehsal edir.