"FAB Boya" kollektivi Şəhidlər xiyabanını ziyarət edib

"FAB Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Anar
Əliyev, baş direktor Kənan Məhərrəmov və şirkətin əməkdaşları 20 yanvar faciəsinin
30-cu ildönümü ilə bağlı xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını
ziyarət ediblər. Azərbaycanın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman
oğul və qızlarımızın xatirələri yad olunub. Məzarları üzərinə tər qərənfillər
düzülüb. Allah şəhidlərimizə rəhmət etsin!