"FAB PAYIZIN RƏNGLƏRİ İLƏ" adlı foto-müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi

14.12.2019-cu
il tarixində "FAB Boya və Kimya Sənayesi” MMC-nin təşkil etdiyi "FAB PAYIZIN
RƏNGLƏRİ İLƏ” adlı foto müsabiqənin mükafatlandırma mərasimi keçirildi. Tədbirin
planına əsasən iştirakçılar əvvəlcə şirkətimizin istehsal sahələri ilə tanış
edildilər. Daha sonra FAB Akademiyasının konfrans zalında mükafatlandırma mərasiminə
başlanıldı. Şirkətimiz haqqında hazırlanan videomaterialın nümayişindən sonra
müsabiqə haqqında geniş məlumat verildi. Bildirildi ki, yarışma üçün foto qəbuluna
26.10.2019-cu il tarixindən start verilib. Son foto qəbulu isə 01.12.2019-cu il
tarixində olub. Müsabiqəyə ümumilikdə 78 nəfər iştirakçı 200-dən çox foto ilə
qatılıb. Dekabrın 7-də qaliblərin son seçim mərhələsi keçirilib. Münsiflər heyətində
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar
İttifaqının üzvü, qrafikaçı rəssam Rüstəm Məmmədov, tanınmış fotoqraf Ramin
Aslanov, şirkətimizin Marketinq Departamentinin rəhbəri Anar İsmayılov və
qrafik dizayner Elşən Abdullayev iştirak ediblər. Təqdim olunan şəkillər
arasından 3 ən yaxşı foto seçilib. 10 nəfər iştirakçının göndərdiyi fotonun isə
həvəsləndirici yerlər üzrə mükafatlandırılması qərara alınıb.
Daha sonra
"FAB Boya və Kimya Sənayesi” MMC-nin Baş Direktoru Kənan Məhərrəmov çıxış edərək
"FAB Boya” şirkəti tərəfindən bacarıqlı, istedadlı şəxslərin üzə çıxarmaq,
onların yaradıcılıq qabiliyyətlərinin nümayişinə şərait yaratmaq məqsədilə müntəzəm
olaraq müxtəlif səpkili layihələr həyata keçirildiyini vurğuladı. Çıxışlardan
sonra mükafatlar təqdim olundu. İlk 3 yerə və həvəsləndirici yerlərə layiq
görülən iştirakçılara pul mükafatı və dəyərli hədiyyələr verildi.
I yer- Nicat
Ehtibaroğlu- 500 AZN
II yer- Həsənova
Günel Mahmud qızı-300 AZN
III yer- Məmmədov
Kamran Şahid oğlu-200 AZN
Həvəsləndirici
yerlər:
1. Ağayev Pərvin
Ayaz oğlu- 50 AZN
2. Cabbarlı
Azər Fərrux oğlu-50 AZN
3. Əmirxanov
Samir İlham oğlu-50 AZN
4. Hüseynov Sərxan
Elxan oğlu-50 AZN
5. Müzəffərova
Xəyalə Vidadi qızı-50 AZN
6. Qurbanov
Zahid Ramiz oğlu-50 AZN
7. Rəhimli Rəhim
Ağahüseyn oğlu- 50 AZN
8. Ağayeva Rəna-50
AZN
9. Məmmədov
Ruslan-50 AZN
10.
Şıxbabayev Təbriz Şamil oğlu-50 AZN
Qeyd edək ki,
yarışmaya qatılan bütün iştirakçılara hədiyyələr təqdim olundu. Mükafatlandırma
mərasiminin ardınca qonaqlar nahar yeməyinə dəvət edildi.