"FAB Boya" kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

12 dekabr 2019-cu il
tarixində "FAB Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Anar Əliyev və şirkətimizin
bir qrup əməkdaşı Fəxri xiyabanda olublar. Kollektivimizin üzvləri müasir, müstəqil
Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər
Əliyevin xatirəsini yad edərək, məzarı önünə əklil və gül dəstələri qoyaraq
hörmət və ehtiramlarını bildiriblər.