"FAB PAYIZIN RƏNGLƏRİ İLƏ" adlı foto müsabiqəsinin qaliblərinin seçim mərhələsi başa çatıb

07.12.2019-cu il tarixində "FAB Boya və Kimya Sənayesi” MMC-nin təşkil
etdiyi "FAB Payızın rəngləri ilə” adlı foto müsabiqəsinin qaliblərinin seçim mərhələsi
başa çatıb. Münsiflər heyətində Əməkdar incəsənət xadimi,sənətşünas Ziyadxan
Əliyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, qrafikaçı rəssam Rüstəm Məmmədov,
tanınmış fotoqraf Ramin Aslanov, şirkətimizin Marketinq Departamentinin rəhbəri
Anar İsmayılov və qrafik dizayner Elşən Abdullayev iştirak ediblər. Müsabiqə
üçün təqdim edilən şəkillər arasından 3 ən yaxşı foto seçilib. Qaliblər
14.XII.2019-cu il tarixində keçiriləcək mükafatlandırma mərasimində elan
olunacaq. I yerə layiq görülmüş fotonun sahibinə -500 azn; II yerə 300
azn; III yerə isə 200 azn pul mükafatı təqdim
ediləcək. Tədbir zamanı qaliblərlə yanaşı bütün müsabiqə iştirakçıları xüsusi hədiyyələrlə
təltifləndiriləcəklər. Mükafatların təqdim olunacağı məkan və vaxt haqqında
iştirakçılara məlumat göndəriləcək.