ADNSU-nun müəllim və tələbələri "FAB Boya"da ekskursiyada oldular

28.10.2019- cu il tarixində Azərbaycan Dövlət Neft
və Sənaye Universitetində (ADNSU) aspiratura və dokturantura pilləsi üzrə təhsil
alan bir qrup tələbə "Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin
texnologiyası” kafedrasının müdiri Fariz Əmirov və kimya üzrə fəlsəfə doktoru, dosent
Tamilla Naibovanın rəhbərliyi altında "FAB Boya və Kimya Sənayesi” MMC-də
ekskursiyada oldular. Şirkətimizin PR və İctimaiyyətlə Əlaqələr Departamentinin
rəhbəri Rüstəm Məmmədov qonaqları FAB Boyanın fəaliyyəti və istehsal sahələri
ilə tanış etdi. Ekskursiya
iştirakçılarına FAB Akademiyası laboratoriyalarında həyata keçirilən sınaq və təcrübələr haqqında məlumatlar
verildi.