Ə.Veysəlov adına tam orta məktəbin şagirdləri "FAB Boya"da

04.05.2019-cu il tarixində Bakı şəhəri,Binəqədi
rayonunda yerləşən Ə.Veysəlov adına tam orta məktəbin 8-ci sinif şagirdləri məktəbin
kimya müəllimi Sevinc Əliyevanın rəhbərliyi
altında "FAB Boya və Kimya Sənayesi”MMC-də ekskursiyada oldular. Gəzinti zamanı
şagirdlər istehsal sahələri ilə yaxından tanış oldular. Şirkətimizin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin rəhbəri məktəblilərə məhsulların
hazırlanma texnologiyası, tətbiq sahələri, sınaq prosesləri haqqında ətraflı məlumatlar
verdi. Daha sonra FAB Akademiyasının konfrans zalında "FAB
Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş etdirildi.
Şagirdləri maraqlandıran suallar cavablandırıldı. Sonda "FAB Boya” adından
ekskursiya iştirakçılarına hədiyyələr təqdim olundu,xatirə şəkli çəkdirildi.