Tahir İmanov "FAB Boya"nın qonağı oldu

23.04.2019- cu il tarixində Azərbaycanın əməkdar
artisti, "Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri,
aktyor,rejissor Tahir İmanov "FAB Boya və Kimya Sənayesi” MMC-nin qonağı oldu. Şirkətimizin
təsisçisi Anar Əliyevlə görüşdü. Qonağa
"FAB Boya”nın nəzdindəki fabriklər,
istehsalat prosesi, keyfiyyətə nəzarət laboratoriyaları haqqında məlumat
verildi.
Tahir İmanov 1991-2001-ci illərdə "Parni iz Baku”
KVN komandasının üzvü olub. O, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN "Yay
Kubokunun” sahibi və 2000-ci il KVN "Əsrin Çempionu” seçilib. 2001-ci ildə "Planet Parni iz Baku” KVN teatrını təsis
edib. Hazırda həmin teatrın bədii rəhbəri, rejissoru və eyni zamanda
aktyorudur.Tahir Imanov onlarla filmdə rol alıb.