Liderlik məktəbinin şagirdləri "FAB Boya"da

20.04.2019-cu il
tarixində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbinin
şagirdləri "FAB Boya və Kimya Sənayesi”MMC-də ekskursiyada oldular. Şirkətimizin
istehsal sahələri, keyfiyyətə nəzarət laboratoriyalarını yaxından izlədilər. Məktəblilərə
istehsalat prosesi, tətbiq edilən müasir texnologiya və avadanlıqlar, məhsul
çeşidləri haqqında ətraflı məlumat verildi, onları maraqlandıran suallar
cavablandırıldı. Daha sonra FAB Akademiyasının konfrans zalında "FAB Boya”nın fəaliyyəti
haqqında hazırlanan videomaterial nümayiş etdirildi. Uşaq
və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbinin üzvləri göstərilən
diqqət və qayğıya görə təmsil etdikləri təşkilat adından şirkətimizə təşəkkürlərini
bildirdilər. Sonda "FAB Boya” adından şagirdlərə hədiyyələr təqdim edildi,xatirə şəkli çəkdirildi.