"FAB Boya"da növbəti adaptasiya proqramı təliminə başlanılıb

"FAB Boya və Kimya Sənayesi” MMC yeni əməkdaşların iş
prosesinə daha tez uyğunlaşmasının təmin olunması, vəzifələrinin icrasına
hazırlanması məqsədilə adaptasiya proqramı təlimlərini davam etdirir. 15.04.2019-
cu il tarixində şirkətin Şəki, Göyçay və Sabirabad filiallarının satış təmsilçiləri
üçün adaptasiya təliminə başlanılıb. Proqrama əsasən iştirakçılar "FAB Boya”nın
fəaliyyət sahələri ilə tanış ediliblər. İstehsal prosesi, keyfiyyətə nəzarət
laboratoriyaları ilə əyani şəkildə tanış olublar. "FAB Boya və Kimya Sənayesi”
MMC-nin direktoru Kənan Məhərrəmov və İnsan Resursları Departamentinin rəhbəri
Fuad Novruzov şirkətin iş üslubu, vəzifə
və öhdəliklər, daxili subordinasiya, davranış, nizam-intizam qaydaları, biznesdə
korporativ üslub və s. barədə satış təmsilçilərinə məlumatlar veriblər.