10 mart Azərbaycanda "Milli Teatr Günü"dür

1873-cü ilin 10
martında Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F.
Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş olunub .
Bununla da Azərbaycanda peşəkar teatrın təməli qoyulub. Prezident İlham Əliyevin 1 mart 2013-cü il
tarixli sərəncamına əsasən hər il martın 10-u "Milli teatr günü” kimi qeyd
edilir. Bu əlamətdar gün münasibətilə teatr xadimlərini,sənət adamlarını,
teatrsevərləri təbrik edirik.