"FAB BOYA" xeyriyyə aksiyasını davam etdirir

22.02.2019-cu il
tarixində "FAB Boya və Kimya Sənayesi” MMC ictimai birliklərin tərkibindəki aztəminatlı
ailələrə yardım edib. Şirkət tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Abşeron Rayon Bölməsi və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin
üzvlərinə, "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdindəki
sığınacağın sakinləri də daxil olmaqla, ümumilikdə 400-ə yaxın ailəyə ət məhsulu
paylanılıb.