Bölgə müdirləri və satış təmsilçiləri üçün təlimə başlanılıb

"Faydasını
alanlar bilər” şüarı altında istehsal etdiyi məhsullarla, göstərdiyi xidmətlərlə
hər zaman milli mənəvi dəyərlərə, keyfiyyətə önəm verən "FAB Boya və Kimya Sənayesi”
MMC-nin inkişaf strategiyasında kadr peşəkarlığının artırılması ön sırada
dayanır. Şirkətimiz işçi heyətinin bilik və bacarığının, peşəkarlıq səviyyəsinin
artırılmasına xüsusi diqqət yetirir. Bu məqsədlə müntəzəm kurslar, seminarlar, təlimlər
təşkil edir.
Belə
tədbirlərin davamı kimi 04.02.2019- cu il tarixində "FAB Boya”nın Gəncə,Sabirabad,Lənkəran
filiallarının bölgə müdirləri və satış təmsilçiləri üçün adaptasiya proqramı təliminə
başlanılıb. Proqrama əsasən təlim iştirakçıları istehsalat prosesi və fəaliyyət
istiqamətləri ilə yaxından tanış ediliblər. Şirkətimizin direktoru Kənan Məhərrəmov
və İnsan Resursları Departamentinin rəhbəri Fuad Novruzov biznesdə korporativ
üslub, əsas vəzifə və öhdəliklərlə bağlı məlumatlar veriblər. Təlim nəzəri və
praktiki olmaqla 2 həftə davam edəcək.